BANM-ın “Foundation” tələbələrindən maraqlı faktlar | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın “Foundation” tələbələrindən maraqlı faktlar

11:22 - 20 / 09 / 2018
BANM-ın “Foundation” tələbələrindən maraqlı faktlar

Bu il I qrupun dörd ixtisası üzrə 179 nəfər Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olaraq “BANM-ın tələbəsi” adını qazanmağa müvəffəq oldu.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbə qəbul olan tələbələr arasında 10 nəfər orta məktəbi qızıl medalla bitirib.

121 nəfər isə öz orta məktəbindən fərqlənmə ilə məzun olub. Bu ötən illə müqayisədə 5 dəfə, Ali Məktəbə ilk qəbul ili ilə müqayisədə isə 20 dəfə çoxdur. Bu statistika BANM-a daxil olan tələbələrin bilik göstəricilərinin ilbəil artımından xəbər verir. Ali Məktəbi intellektual səviyyəsi yüksək olan abituritentlərin seçməsi, çox güman ki, BANM-a qəbul üçün keçid ballarının yüksək olmasına birbaşa təsir etmiş olur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə orta bal 695 (ödənişli – 664), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə orta bal 691 (ödənişli – 664), “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 677 (ödənişli – 654), “Kimya mühəndisliyi” ixtisası üzrə orta bal isə 673 (ödənişli – 659) olmuşdur.

S.Xankişiyeva

 

 

Paylaş:
369

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər