Etimad İsmayılov dəfn edildi – FOTO

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi onu ata evində - Sabunçu rayonu, Nardaran qəsəbəsində keçirilir.
E.İsmayılov Nardaran qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə bir nəfər də tutulub.
Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
Report
Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqlayıb
“Elə bil dünya yıxılıb altında qalmışam” - Sevil Nuriyeva
Sevil Nuriyevanın ərini öldürənlər tutuldular - VİDEO - YENİLƏNİB
S.Xankişiyeva