İcazəsiz ov edən ərəb və pakistanlı 2000 manat cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

İcazəsiz ov edən ərəb və pakistanlı 2000 manat cərimələndi

11:44 - 21 / 09 / 2018
İcazəsiz ov edən ərəb və pakistanlı 2000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2018-ci il tarixində Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub.

Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb. Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

S.Xankişiyeva

Bakıda ərəblərin olduğu lift qırılıb – FOTO – VİDEO

Bakıda oteldə ərəb turistin ölüm səbəbi bəlli oldu – YENİLƏNİB

Otelə qız gətirən ərəb peşman oldu

 

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər