Bakıda dəhşətli yanğın başladı - VİDEO

Bakının Xətai rayonunda güclü yanğın başlayıb.
1news.az-ın məlumatına görə, Nobel prospektində yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib. Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
1news.az
629