Yetkinlik yaşına çatmayanlara siqaret satanlar 100 manat məbləğində cərimələnəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar 100 manat məbləğində cərimələnəcək

15:59 - 24 / 09 / 2018
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar 100 manat məbləğində cərimələnəcək

Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.

Yeni - 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.

212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.

212.5-ci maddəyə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Sənəd artıq Milli Məclisə (MM) daxil olub və bu gün Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq.

Siqaret çəkən uşaq: nə üçün Azərbaycanda bir çox valideynlər buna biganədir? – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
557

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər