Bakıda yeni dələduzluq növü ­–  VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni dələduzluq növü ­–  VİDEO

09:37 - 24 / 09 / 2018
Bakıda yeni dələduzluq növü ­–  VİDEO

Bakıda yeni növ dələduzluqla məşğul olan şəxslər peyda olub.

Belə ki, yolun kənarında dayanan həmin şəxslər işlək vəziyyətdə olmayan mobil telefonu yolda hərəkətdə olan avtomobilə toxunduraraq sonradan sürücüdən pul tələb edirlər. Hüquqşunaslar belə halın dələduzluq əməli olduğunu bildirirlər.

1news.az-ın Xəzərxəbər-ə ə istinadla verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan belə görüntülərdən aydın olur ki, bir nəfər yolda hərəkətdə olan avtomobilə yaxınlaşaraq əlində olan telefonu maşının yan hissəsinə toxundurur.

Sonra isə sürücüyə telefonun sındığını bildirərək ondan pul tələb edir. Belə bir hadisə ilə paytaxt sakinlərindən biri qarşılaşıb. Bütün olanlar isə həmin şəxsin avtomobilində quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Videodan aydın görünür ki, yolun kənarında dayan 2 şəxsdən biri maşın yaxınlaşdığı zaman əlindəki telefonu qəfil avtomobilin yan hissəsinə çırpır.

Belə bir hadisə ilə qarşılaşan sürücü yolun kənarında maşını saxladıqda isə həmin şəxslər yaxınlaşaraq telefonun sındığını və buna görə də ona pul ödənməli olduğunu bildiriblər. Sürücü həmin şəxslərə maşında olan təhlükəsizlik kamerasına baxmağı bildirəndə isə onlar avtobusa minərək ərazidən uzaqlaşıblar.

Son vaxtlar sosial şəbəkələrdə bir çox sürücülər belə hadisə ilə qarşılaşdığını bildiriblər.

Videogörüntü ilə tanış olan hüquqşunas Kamandar Hüseynov deyir ki, yolun kənarında dayanan şəxslərdən birinin əlindəki mobil telefonu məqsədli şəkildə maşına toxundurması açıq-aydın görünür. Belə vəziyyətdə isə həmin şəxsin həm cinayət, həm də mülki məsuliyyəti ortaya çıxır. Bu cür hal Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq halı kimi qiymətləndirilir.

Belə vəziyyətdə isə həmin sürücü məhkəməyə müraciət etməlidir.

S.Xankişiyeva

 

Paylaş:
563

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər