DTX və polis əməliyyat keçirdi: silah-sursat aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX və polis əməliyyat keçirdi: silah-sursat aşkarlandı

11:45 - 24 / 09 / 2018
DTX və polis əməliyyat keçirdi: silah-sursat aşkarlandı

DTX və polis Astarada əməliyyat keçirib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər