Bakının bu ərazisində yaşayanlar təhlükədə: başlarına daş yağa bilər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazisində yaşayanlar təhlükədə: başlarına daş yağa bilər - VİDEO

11:17 - 25 / 09 / 2018
Bakının bu ərazisində yaşayanlar təhlükədə: başlarına daş yağa bilər - VİDEO

Nazirlik qadağa qoysa da, ərazidə tikinti davam edir, uçqun və sürüşməyə isə istinad divarları belə tab gətirmir.

1news.az ARB TV-yə istinadən xəbər verir ki, söhbət Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yoldan gedir.

Sıldırım qayalar, sürüşən ərazi, yandırılan torpaq qatı. Ən təhlükəlisi isə odur ki, burada məskunlaşan sakinlərin üzərinə böyük daş parçaları düşə bilər. Yolda hərəkətin təhlükəsizliyi üçün tikilən istinad divarı da ömrünü başa vurub desək, yanılmarıq. Əks halda belə görüntü ilə qarşılamazdıq.

Mütəxəssislərin fikrincə, sürüşmə və uçqun təbii prosessdir. Onun qarşısını almaq bəzən müşkülə çevrilə bilər. Amma qabaqlayıcı tədbirlərlə təhlükəni önləmək olar. Məsələn, elə istinad divarlarını yeniləmək və daha möhkəm etməklə.

1news.az

 

Paylaş:
371

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər