BakuBus yağışa görə 192 min avro ziyana düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

BakuBus yağışa görə 192 min avro ziyana düşdü

14:22 - 26 / 09 / 2018
BakuBus yağışa görə 192 min avro ziyana düşdü

Bakıda baş verən leysan nəticəsində 48 avtobus sıradan çıxıb.

1news.az-ın vetenino-ya istinadla verdiyi xəbərə görə, leysan yağışlar zamanı BakuBus-ın 48 avtobusunun əyləc sistemi sıradan çıxıb.

Məlumata görə, avtobusların qeyd edilən əyləc sisteminin hissələri Fransadan alındığından hər bir hissə 4 min avroya başa gəlir.

Sıradan çıxan 48 avtobusdan yalnız 40-na yeni əyləc qoyulub. 8 avtobus üçün isə istehsalçı şirkətə sifariş verilib.

Beləliklə, BakuBus şirkətinə ümumilikdə 192 min avro ziyan dəyib.

S.Xankişiyeva

Paylaş:
465

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər