“Topuş bacı”dan onu özünü reklam eləməkdə ittiham edən baş onkoloqa CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Topuş bacı”dan onu özünü reklam eləməkdə ittiham edən baş onkoloqa CAVAB

16:20 - 26 / 09 / 2018
“Topuş bacı”dan onu özünü reklam eləməkdə ittiham edən baş onkoloqa CAVAB

“Topuş bacı” nəyə görə xərçənglə özünü reklam edir? Sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar.

Məsələn, son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır?”.

Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin “Toppuş bacı” kimi tanınan əməkdar artist, aktrisa Tünzalə Əliyeva barədə açıqlamasına qarşı tərəfin fikrini öyrəndik.

1news.az-ın Yenicag.az-a istinadla verdiyi xəbərə görə, aktrisa bu barədə çox danışmaq istəmədi:

“Qoy nə danışır danışsın. Mən ona heç bir cavab verməyəcəyəm. Dediyim hər sözü əleyhimə işlədirlər. Qaldı ki xəstəliyimə, əməliyyat olunmuşam, müalicələrim davam edir, yaxşıyam”.

Baş onkoloq: “Toppuş bacı” sağalıb, niyə xərçənglə özünü reklam edir?

“Toppuş bacı” yalandan xəbər yayanlara cavab verdi – VİDEO

“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın

Xərçəng xəstəliyilə mübarizə aparan “Toppuş bacı”nın yeni FOTOSU

S.Xankişiyeva

 

 

Paylaş:
3585

Son xəbərlər

Bütün xəbərlər