Sabirbadda ağır qəza, yaralılar var - SİYAHI - VİDEO

Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.
1news.az “report”a istinadla xəbər verir ki, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub:
Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;
Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:
1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı
1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı
1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı
1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı
1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu
1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı
1963-cü il təvəllüdlü Cəfərova Zinaida
1news.az