Balıq ovlamaq üçün dövlət rüsumu açıqlandı – RƏSMİ
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir.
1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, qiymətlər Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir.
Qərara görə, bir ton balıq ovuna icazə alınması üçün Kütüm, Şamayı, Xəşəm, Xərçəngkimilər-287, Çəki, Sıf-230, Siyənək-143,75, Kilkə-57,50, Kefal, Çapaq, Külmə, Qarasol və digər balıq növləri-115 manat ödəniş edilir.
Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir.
Kvota və balıqovlama bileti nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.
Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.
1news.az