“Nar”dan autizmli uşaqlara dəstək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”dan autizmli uşaqlara dəstək – FOTO

17:30 - 02 / 10 / 2018
“Nar”dan autizmli uşaqlara dəstək – FOTO

“Nar” əməkdaşları autizm spektr pozuntuları ilə üzləşən uşaqların çalışdığı “Kashalata” kafe-atelyenin qonağı oldu və uşaqlarla görüşdü.

Autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. Mobil operatorun əməkdaşları xüsusi diqqət tələb edən uşaqların çalışdığı kafe üçün zəruri olan avadanlıq hədiyyə etməklə yanaşı, kafenin müştərisi oldu.

Autizm spektr pozuntuları ilə üzləşən uşaqlarla görüşdə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke də iştirak edib: “Nar” üçün yükksəkkeyfiyyətli xidmətlə yanaşı, sosial layihələri həyata keçirmək çox önəmlidir. Korporativ Sosial Məsuliyyət (KSM) strategiyamız çərçivəsində  cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara böyük məmuniyyət hissi ilə dəstək oluruq. İnanırıq ki, bir çox biznes qurumları da bu təşəbbüsümüzə qoşulacaq”.

Qeyd edək ki, “Kashalata” kafe autizm spektr pozuntuları ilə üzləşən uşaqlarla işləyən “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizmli uşaq var.

Autizmli uşaqlara dəstək “Nar”ın KSM strategiyası çərçivəsində baş tutub. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
587

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər