Azərbaycan neftinin qiyməti 86 dollara çatır
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 85,07 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 75,61 dollar olub.
Azərbaycan neftinin qiyməti isə son 4 ilin maksimumuna yüksəlib. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrında 85 dollardan baha satılıb.
Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.
1news.az