Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
Oktyabrın 9-da Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək.
1news.az-a Alman-Azərbaycan Xarici Ticarət Palatasından verilən məlumata görə, forum energetika və informasiya-kommunikasiya texnologiyaları məsələlərinə həsr olunacaq.
Forumda nazirliklər, Almaniyanın Azərbaycandakı səfirliyi, SOCAR və Avropa İnkişaf və Yenidənqurma Bankının rəsmiləri, eləcə də BP, "Siemens SC", SAP, "Lahmeyer International GmbH", "DHL Global Forwarding", "PAŞA Bank" və digər şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox alman kapitallı şirkət fəaliyyət göstərir.
1news.az
459