Samsung şirkəti adından istifadə edən dolandırıcılar peyda olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung şirkəti adından istifadə edən dolandırıcılar peyda olub

10:00 - 09 / 10 / 2018
Samsung şirkəti adından istifadə edən dolandırıcılar peyda olub

Bir müddət öncə Samsung şirkətinin adından istifadə edərək əhalidən dolandırma yolu ilə pul alan şəxslər barədə məlumat yayılıb.

Sadə fırıldaq sxemi üzərində qurulan bu yalan bir neçə vətəndaşın maddi durumuna ziyan vurub. Bu şəxslər evlərə gələrək və ya ictimai yerlərdə vətəndaşlara “yeni mağazanın açılması” münasibəti ilə ödənişin bir hissəsinin elə yerindəcə edilməsi müqabilində böyük endirim vəd edirlər. Bu oyunun qurbanı olan vətəndaşlar ilkin ödənişi etdikdən sonra “satıcılar” ya qeyb olurlar, ya da şirkət məhsulu əvəzinə mənşəyi məlum olmayan texnika təqdim edirlər.

Bu şəxslərə aldanmayın!

Samsung şirkəti heç bir halda “əldən” satış həyata keçirmir. Bununla yanaşı satış təmsilçisinin yalnız və yalnız rəsmi satış nöqtələrində (mağazalarda) alqı-satqı əməliyyatı aparmağa səlahiyyəti vardır.

Samsung şirkəti hər kəsə diqqətli olmağı, dolandırıcılardan qorunmağı tövsiyyə edir.

Reklam hüququnda

 

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər