Dünya birjalarında neftin qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti

11:50 - 10 / 10 / 2018
Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar azalaraq 84,88 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 74,74 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar artaraq 86,49 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

1news.az

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər