Badamdarda sürüşmə baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Badamdarda sürüşmə baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırılıb

16:05 - 12 / 10 / 2018
Badamdarda sürüşmə baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırılıb

Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

1news.az  xəbər verir bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır:

Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də təhlükə olarsa, elektrik enerjisinin verilişi dayandırılacaq".

Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

1news.az  

 

Paylaş:
554

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər