Tanınmış Qarabağ qazisi vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış Qarabağ qazisi vəfat edib

09:35 - 16 / 10 / 2018
Tanınmış Qarabağ qazisi vəfat edib

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ əlili, tanınmış ictimai xadim Etimad Əsədov vəfat edib.

1news.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

55 yaşlı Qarabağ qazisi bir müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkib.

O, bu gün Yeni Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, E.Əsədov 1963 - cü ildə Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib. 

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
992

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər