Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq? - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq? - VİDEO

14:18 - 23 / 10 / 2018
Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq? - VİDEO

Bank ödənişləri və köçürmələrində rahatlığı təmin edən plastik kartlar bəzən vətəndaşlarda əlavə problemə yol açır. Misal üçün kartını itirdikdə və ya oğurlandıqda onun hesabından vəsaitlər mənimsənilir.

1news.az-ın ARB TV-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Kartı itən şəxs ilk növbədə müştərisi olduğu banka məlumat verməlidir ki, onun hesabı dondurulusun. Bundan sonra isə digər prosedur qaydalarını etməlidir.

Anar İsmayılzadə - İT mütəxəssis: “Kartı “aplikeşın” və ya online bankomat sistemindən deaktiv edə bilmirsə, o zaman digər kartı varsa “cash” xidməti ilə bütün qalıq pullarını digər karta köçürə bilər”.

Bu kimi halların qarşısını almaq üçün ən optimal variantlardan biri də 3d mühafizədir. Bu tətbiq vasitəsi ilə nağdsız ödənişlərinizi sms sorğu və təsdiq vasitəsi ilə edə bilərsiz. Yəni sizin kartınız itsə belə, ondan kimsə istifadə edə bilməyəcək.

Anar İsmayılzadə - İT mütəxəssis: “Bank işçiləri müştərilərə təhlükəsizliyi daha ətraflı öyrətməlidir”.

Ekspertlər deyir ki, onlayn ödənişlərin hara və necə sərf olunmasını müəyyən etmək çətin bir iş deyil. Şikayət olduqda araşdırılan zaman bu hərəkətlərə yol şəxsi tapmaq mümkündür.

Şəmsəddin Hacıyev - Sabiq Polis rəisi: “Bu işlərin istintaqı ilə məşğul olan hüquqşünaslara xüsusi təlim keçmək lazımdır. Onların sertifikatı olmalıdır. Hər müstəntiq bunu apara bilməz”.

Teymur Baloğlanov – Ekspert: “Pul oğurlayanların şəxsiyyətini müəyyənləşdirmək çox asandır. Çüki bütün bankomat kartları onu verən bank vasitəsi və informasiya sistemində öz əksini tapmaqla xərclənir”.

Plastik kartların təhülkəsizliyi üçün vasitələr çox olsa da, bundan da vacib insanların özünün diqqətli olmasıdır...

S.Xankişiyeva

 

Paylaş:
524

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər