Mahmud Əş-Şərif: Bakı Forumu qlobal problemlərin həlli baxımından çox faydalıdır | 1news.az | Xəbərlər
Siyasət

Mahmud Əş-Şərif: Bakı Forumu qlobal problemlərin həlli baxımından çox faydalıdır

14:38 - 25 / 10 / 2018
Mahmud Əş-Şərif: Bakı Forumu qlobal problemlərin həlli baxımından çox faydalıdır

Azərbaycan Misirlə dost və qardaş ölkədir.

1news.az-ın məlumatına görə, bunu Misir parlamentinin sədrinin birinci müavini Mahmud Əş-Şərif deyib. Misir xalqının salamlarını Azərbaycan xalqına və hökumətinə çatdırdıqlarını deyən M.Əş-Şərif qeyd edib ki, hər iki dövlət arasında əlaqələri yüksək səviyyədə inkişaf etdirmək üçün çoxlu gözəl protokollar və planlar var.

Humanitar forumda iştirakından da danışan M.Əş-Şərif əlavə edib ki, bu forum dünyadakı qlobal problemlərin həlli, eyni zamanda insanlığa dəstək baxımından çox faydalıdır:

“İnanıram ki, böyük tarixi olan bu iki dövlət humanitar sahədə, dünyada sülhün bərqərarı üçün böyük işlər görə bilərlər. Biz çox istərdik ki, Misirdəki Məhəmmədəli adlı çox böyük saray Azərbaycan tərəfi, xüsusilə Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunsun. Bu, mədəniyyət sahəsində əlaqələrin inkişafında daha önəmli rol oynayacaq”.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

P.Sultanova

Paylaş:
438

Son xəbərlər

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı veribBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45
Bütün xəbərlər