Allahşükür Paşazadə: “Azərbaycan humanitar bir mərkəzə çevrilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə: “Azərbaycan humanitar bir mərkəzə çevrilib”

17:28 - 25 / 10 / 2018
Allahşükür Paşazadə: “Azərbaycan humanitar bir mərkəzə çevrilib”

Azərbaycanda multikultural dəyərlərə çox böyük önəm verilir. Çünki Azərbaycan xalqı humanist xalqdı, başqa dinlərə, dövlətlərə, millətlərə qarşı həmişə loyal olub. Ona görə də Azərbaycanda yaşayan hər kəs dinindən, dilindən asılı olmayaraq öz din və dil azadlığını tapa bilir.

1news.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib:

“Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı tolerant xalqdır. Dövlət başçısının da forumda  dediyi kimi həm siyasi, həm iqtisadi, həm də humanitar tərəfdən cəmiyyətimiz inkişaf edir. Biz Azərbaycanda dinlərin, sivilizasiyaların dialoqunun mərkəzini yararmışıq. Bir çox dövlətlərin nümayəndələri bu mərkəzə üzvdürlər. Yəni, bu gün Azərbaycan humanitar bir mərkəzə çevrilib. Bu da bizim dövlətimizin siyasətinin bəhrəsidir”.

Allahşükür Paşazadə çıxışı zamanı torpaqlarımızın bir hissəsinin uşğal altında olomasına da diqqət çəkib:

“Azərbaycan yaralı dövlət kimidir. Çünki ərazilərimiz işğal edilib, məscidlərimiz qəsb olunub, qəbirlərimiz dağıdılıb. Amma Azərbaycan xalqı öz qələbəsinə inanır. Biz bu problemdən əziyyət çəkdiyimiz üçün dünyaya səslənirik ki, belə hallar daha baş verməsin, torpaqlar zəbt edilməsin. Bu forumların olması ona görə də çox vacibdir”.

P.Sultanova

Paylaş:
438

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər