Yeni Galaxy A7-nin üç modullu əsas kamerası | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Galaxy A7-nin üç modullu əsas kamerası

10:02 - 25 / 10 / 2018
Yeni Galaxy A7-nin üç modullu əsas kamerası

Foto kamera ilə təchiz olunmuş telefonların yaranması və sosial şəbəkələrin populyarlığının artması ilə foto-şəkillərlə ifadə olunan yeni ünsiyyət dövrünün başlanğıcını qeyd etmək olar.

Təsvirin köməyi ilə bir-birimizi təbrik edir, düşüncələrimizlə bölüşür və yaşadıqlarımızla paylaşırıq, belə olduğu halda müasir smartfon birinci növbədə çoxfunksiyalı fotokamera deməkdir.

Belə ki, Samsung şirkəti tərəfindən təqdim edilmiş yeni Galaxy A7 smratfonu üç modullu kamera ilə təchiz olunub. Galaxy A7-nin arxa panelində üç modul üzərində işləyən kamera yerləşdirilib, bunlardan:

  • 24 MP-lik, f/1.7 aperturalı, faza avtofokuslu və klassik fokus məsafəli əsas kameranı,
  • 5 MP-lik və f/2.2 aperturalı ətraf mühitin dərinliyini təyin edən sensorla təchiz olunmuş köməkçi modulu,
  • Və 8MP-lik geniş bucaqlı obyektivi olan üçüncü modulu qeyd etmək olar

Əsas modul gündəlik fotoların çəkilməsi üçün, əlavə 5 MP-lik modul portret şəkillərin çəkilməsi və obyektlər arasında məsafənin ölçülməsi ilə Boke effektinin (arxa fonun yayılması) yaradılması üçün, 120 dərəcəlik geniş obyektivli modul isə kadrda yerləşən bütün obyektlərin şəkildə əks etdirilməsi üçün istifadə olunur. Beləliklə, “ağıllı” kamera hər üç modulun təsvirini birləşdirərək, yekunda ideal fotoşəkil təqdim edir.

Yeni smartfonun korpusunun arxa və ön panelləri xüsusi gücləndirilmiş şüşə örtüklə qorunur, yan hissəsi isə aluminium haşiyəyə alınıb. Smartfon dolğun ekranlı dizayna malikdir, bu səbəbdən Galaxy A7-nin çərçivələri “ensiz”, displeyi isə 6” 18,5:9 icazəli ekranla təmsil olunub. Burada heç bir “düymədən” istifadə olunmadığından, smartfonun aşağı hissəsi yalnız “boş” çərçivə ilə haşiyəyə alınmışdır, yuxarı hissəsində isə dinamik, frontal kamera, “flash” və sensor dəsti yerləşdirilmişdir.

Barmaq izi skaneri isə korpusun yan hissəsinə, ON/OFF düyməsinin üzərinə köçürülmüşdür. Skanerin bu cür “yan” yerləşməsi telefonu istər stol üzərindən götürüldüyündə, istər xüsusi avtomobil dayağına qoşulu olduqda, istərsə də cibdən çixarılarkən kimi müxtəlif şəraitdə aktiv etməyə imkan yaradır. Ekranı aktiv etmək üçün sadəcə sensora toxunmaq yetərlidir. Həmçinin, smartfon “face recognition” funksiyası ilə təchiz olunub ki, sözü gedən funksiya daktiloskopik sensor ilə birgə işlədilə bilər.

Smartfon 4Qb RAM-la və ehtiyac yarandıqda microSD kart vasitəsi ilə 512 QB-ta qədər artırıla bilən 64 QB-lıq daxili yaddaşla təchiz olunub. Həmçinin, qeyd etmək lazımdır ki, Galaxy A7-də təqdim edilmiş kart slotu “hibrid” deyil, bu səbəbdən daha SİM kart və yaddaş kartı arasında seçim etməyə ehtiyac qalmır, belə ki, özündə 2 SİM kart və bir microSD “daşıya bilən” slot 3 bölmədən ibarətdir.

Yeni Galaxy A7 smartfonu haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
715

Son xəbərlər

İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08
Bütün xəbərlər