“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir

15:30 - 29 / 10 / 2018
“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirməkdə davam edir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır.

“Nar”-ın növbəti layihəsi eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstəkdir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların öz yaxınları və cəmiyyət ilə daha rahat ünsiyyət qurmalarını asanlaşdıran xüsusi tədris vəsaiti hazırlayır. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait yaxın vaxtlarda təqdim ediləcək.

Qeyd edək ki, “Nar” paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaşayan fiziki məhdudiyyətli gəncləri daim diqqətdə saxlayır.  Mobil operator ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərmək məqsədilə, müxtəlif bölgələrdə “Təlim məktəbi” layihəsini reallaşdırıb. Nəticədə, fiziki məhdudiyyəti olan gənclər müxtəlif peşələrə yiyələnib.

“Azerfon”un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator bu cür sosial layihələri genişləndirməyi  nəzərdə tutur: “”Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə effektli addımları ilə seçilir. Xüsusilə də, fiziki məhdudiyyəti olan şəxslərlə bağlı uzunmüddətli və ardıcıl layihələr gerçəkləşdirir. “Nar”-ın növbəti sosial layihəsinin də uğurlu və səmərəli olacağına inanırıq”.

Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliği “Nar”-ın KSM strategiyasının ən vacib istiqamətləridir. Mobil operator gənclərin oxumağa həvəsini artırmaq, təhsilin önəmini aşılamaq, eyni zamandan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. 2018-ci il ərzində mobil operator KSM strategiyası çərçivəsində 12 irimiqyaslı sosial layihələr həyata keçirib.

“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.     

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
417

Son xəbərlər

İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51
Bütün xəbərlər