Ekspert: Azərbaycan “Doing Business” hesabatında daha da irəli gedəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert: Azərbaycan “Doing Business” hesabatında daha da irəli gedəcək

14:53 - 02 / 11 / 2018
Ekspert: Azərbaycan “Doing Business” hesabatında daha da irəli gedəcək

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi qeyri-adi nəticədir.

Bunu 1news.az-a iqtisadçı ekspert Pərviz Heydərov hesabatı şərh edərkən deyib.

O bildirib ki, “Doing Business 2018” hesabatında Azərbaycanın 1 il əvvəllə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlmişdi və bunu, mühüm hadisə olaraq dəyərləndirmişdir:

“Xatırladıram ki, keçən ilki hesabatda ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşıb, elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləmişdik. Sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir.

Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir. Düzdür, builki hesabatda bir çox ölkələr üzrə müsbət rəy söylənilib və islahat aparan ölkələrin sayı çox göstərilib. Qeyd olunub ki, Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələr üzrə işgüzar fəaliyyətlərin həyata keçirilmə imkanlarını yaxşılaşdırmaları üçün islahatları sürətləndiriblər. Azərbaycan rekord sayda, 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstərici sayılır. Müqayisə üçün qeyd edim ki, Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Əvəzində isə əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib”. Ekspert əlavə edib ki, hesabata əsasən, ölkəmizdə elektrik şəbəkəsinə qoşulma işləri daha asanlaşıb və ucuzlaşıb:

“Belə ki, müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə enib. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilib və milli enerji tənzimləyicisi yaradılıb. Tikinti icazələrinin alınması asanlaşdırılıb. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilib”.

P.Heydərov vurğulayıb ki, “Doing Business 2016”ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8-ni toplayaraq, 63-cü yeri tutub:

“Bundan 1 il sonraki hesabatda isə 65-ci pilləni... Yəni, 2 pillə geri... Bununla belə, o da çox yaxşı göstərici idi. Yeri gəlmişkən, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik.

Qeyd etmək lazımdır ki, ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasətinə böyük miqyasda 2015-ci ildən başlanıldı. Bu siyasət əvvəl də mövcud idi, lakin sahibkarlar üçün daha geniş imkanların yaradılması, onların qarşısında mövcud olan hər cür məhdudiyyətlərin aradan qaldırılması və sair kimi addımlar məhz qeyd olunan ildən atılır. Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması, Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib. Rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən ibarətdir. Bu sahədə nəticələr əldə olunduqca isə, “Doing Business” hesabatında daha da irəli gedəcəyik”.

1news.az

 

Paylaş:
399

Son xəbərlər

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13
Bütün xəbərlər