Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasında | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasında

17:10 - 05 / 11 / 2018
Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasında

Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasına daxil olub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Hi-Tech" nəşrinin məqaləsində deyilir.

Qeyd olunur ki, Azərbaycanın əsas hava limanı həm də MDB-nin ən iri aeroportlarından biridir və öz qeyri-adi forması ilə qanadları xatırladır.

Məqalədə o da bildirilir ki, bu ilin mayında Heydər Əliyev Beynəlxalq Hava limanı "Skytrax World Airport Awards" tərəfindən beş ulduza layiq görülüb.

Həmin reytinqdə birinci yerdə Sinqapurun Çanqi aeroportu, ikinci yerdə isə BƏƏ-nin Dubay aeroportu qərarlaşıb.

1news.az

Paylaş:
1052

Son xəbərlər

Bütün xəbərlər