Samsung Qled TV – yüksək keyfiyyətli görüntü və unikal dizayn | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Qled TV – yüksək keyfiyyətli görüntü və unikal dizayn

11:10 - 09 / 11 / 2018
Samsung Qled TV – yüksək keyfiyyətli görüntü və unikal dizayn

2018-ci ildə Samsung Qled TV haqda bir çox tanınmış onlayn nəşrlərdə xülasələr dərc edilib və bu məhsul bir sıra mükafatlara layiq görülüb.  

Tech Radar” və “Trusted Reviews” kimi məşhur nəşrlər Qled TV-nin yüksək keyfiyyətli görüntüsünü və ötürülən qara rəngin dolğunluğunu qeyd edib. Televizorlar haqqında məlumatlar, yeniliklər dərc edən məşhur onlayn paltforma olan HD GURU isə Samsung Qled TV-nin smart TV bazarında ən gözəl dizaynda işlənildiyini bildirib.

Qled TV-nin maraqlı yeniliklərindən biri də Ambient Mode funksiyasıdır ki, onun köməyi ilə televizor divar üzərində “görünməz” ola bilir. Yeni Qled TV xətti televizorun hətta istifadə edilmədikdə divar üzərində qara ləkə deyil, dekor elementi olduğu ideyası üzərində qurulub.  Belə ki, istifadəçi Ambient Mode köməyi ilə ekranda animasiya, təsvir və ya məlumat lövhəsini əks etdirə bilər. Həmçinin, bu texnologiya divar üzərində əks olunmuş rəsmi təkrarlayaraq televizor ekranında ifadə edə bilir. Belə ki, televizor sanki divarın bir hissəsinə çevrilir. Bunun üçün sadəcə smartfonunuz ilə divar üzərində quraşdırılmış televizorun və ətraf hissələrin şəklini çəkərək Qled TV-yə yükləməniz yetərlidir.

Samsung Qled TV-nın dizaynı seyrdən heç bir detalın yayındırmaması üçün mükəmməl işlənilib. Zərif metal çərçivə ilə haşiyələnmiş incə korpus istənilən interyerə uyğundur. “No gap Wallmont” bərkitməsi sayəsində isə televizor divara aralıqsız yerləşdirilərək dekor elementinə çevrilir. Həmçinin, Samsung otaq sahəsi boyunca uzanan dolaşıq kabellərin ləğv edilməsinə nail olub. İndi qonaq otağınızın zahiri görünüşünü pozan kabellərdən azad olaraq onları yeganə “One Connect” qoşulması ilə əvəz edə bilərsiniz. Demək olar ki, gözə görünməz və şəffaf  qoşulmanın köməyi ilə xüsusi modulu istifadə edərək eyni anda oyun konsolu, Bluray pleyer, kabel televiziyası və sairə qurğuları televizora qoşa bilərsiniz. Qeyd edilən modul qoşulmaları avtomatik təyin edərək, hər birini tək pult vasitəsi ilə idarə etməyə imkan yaradır. Bu olduqca rahatdır, belə ki, modulu istənilən yerdə, hətta rəfdə belə görünməz olaraq yerləşdirə bilərsiniz.

Samsung Qled TV hətta sönülü halda interyerinizin bir hissəsinə çevrilərək heç bir detala fikriniz yayılmadan keyfiyyətli təsvirdən zövq almağa kömək edir.

Samsung Qled TV televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər