IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi – FOTO

11:50 - 13 / 11 / 2018
IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi – FOTO

14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, sərgi “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında təşkil edir. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il “Caspian Ecology” sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə və digər ölkələr var. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin “Azərsu”, “BP”, “GIZ”, “Socar Polymer”, “Təmiz Şəhər” və dünyanın bir çox digər şirkət və qurumları iştirak edəcəklər. Sərgidə ilk dəfə iştirak edənlər arasında: Advanced Industrial Solutions (Azərbaycan), Azеrеkov (Azərbaycan), AzerGold (Azərbaycan), Coca-Cola Azerbaijan, Finnish Water Forum (Finlandiya), HAUS (Türkiyə), Maire Tecnimont (İtaliya), Oreon Commerce (Azərbaycan), Planettek (Türkiyə), Suyum AZ (Azərbaycan) şirkətləri yer alır. İlk dəfə olaraq sərgidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu öz stendi ilə təqdim olunacaq. Bu tədbirin keçirilməsinin vacibliyini vurğulayan sevindirici faktor, sponsorların tərkibidir. Sərginin Qızıl Sponsoru - Global Energy Azerbaijan LTD şirkətidir, Gümüş Sponsoru qismində isə  AAS-ATE şirkəti çıxış edir.

Ümumilikdə, “Caspian Ecology 2018” sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energi üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı  və bir sıra digər məhsulları təqdim edəcəklər.  

Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq sərgi iştirakçıları arasında görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək. Həmçinin sərginin birinci iş günü İtaliya Ticarət Agentliyi tərəfindən təşkil olunan “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək.

“Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi çərçivəsində 15 noyabr tarixində Hilton Baku mehmanxanasında “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. “Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları” və “Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi” sessiyalarından ibarət olacaq Konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların kəskin azalması və qeyri-qanuni balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və s. məsələlərin müzakirəsindən ibarətdir.

Tədbirdə bir sıra ölkələrin tanınmış mütəxəssisləri və balıqçılıq təsərrüfatı institutlarının rəhbərlərinin iştirakı gözlənilir.

16 noyabr 2018-ci il tarixində Hilton mehmanxanasında “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın məqsədi bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirməkdir. Tədbirdə bir sıra ölkələrin tanınmış mütəxəssislərinin iştirakı gözlənilir.

Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

Təşkilatçılar sərgilər çərçivəsində “Düşünüb, bölüşürük” layihəsini davam edirlər. Bu dəfə, ekoloji problemlərinə və xammalın təkrar istifadə imkanlarına biganə qalmayıb kiçik biznes nümayəndələri lobbidə xüsusi hazırlanmış bir stenddə iştirak edəcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər. Bu ilki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkəti, o cümlədən “Hyatt Regency” və “Qafqaz Hotels & Resorts” mehmanxanaları (rəsmi otellər), yer alır.

Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni www.caspianecology.az rəsmi saytından əldə edə bilərsiniz.

S.Xankişiyeva

 

Paylaş:
973

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər