BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub – FOTO

10:37 - 14 / 11 / 2018
BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbələri Aleksandr Oborovskiy və Elmar Əsgərzadə “Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycanı və Bakı Ali Neft Məktəbini təmsil ediblər.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Böyük Britaniyanın Edinburq şəhərində keçirilən yarışmada tələbələr “ThermoNorth” startap layihəsi ilə 1.5 illik elmi tədqiqat mövzuları ilə çıxış ediblər.

Dünyanin 45 ölkəsindən 135-dən çox layihənin təmsil olunduğu yarışmada tələbələrimizin layihəsi böyük marağa səbəb olub. Belə ki, təqdimatdan dərhal sonra müxtəlif sahələrdən olan ekspertlər müraciət edərək layihə haqqında daha geniş məlumat xahiş edib, xüsusilə layihənin elmi tədqiqat hissəsi ilə daha yaxından maraqlanıblar.

Bundan əlavə, layihənin üzvləri 6-7 dekabr Tokyoda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransinda iştirak etmək üçün dəvət alıblar.

Xatırladaq ki, layihənin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir. Əsas hədəf auditoriyası logistika şirkətləri olan bu layihə həmin şirkətləri bir araya gətirəcək Tokyoda keçiriləcək konfransda təqdim ediləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
650

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər