Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsində daha bir neçə yeni funksiya | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsində daha bir neçə yeni funksiya

12:30 - 19 / 11 / 2018
Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsində daha bir neçə yeni funksiya

Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq platformalarını daha da inkişaf etdirməkdədir.

Bu prosesin davamı kimi IBAm mobil əlavəsinə daha bir neçə yeni funksiya əlavə olunub. Belə ki, indi IBAm istifadəçiləri sistemə sürətli giriş üçün 4 rəqəmli pinkod təyin edə, öz hesabları arasında milli və xarici valyutada ölkə daxilində köçürmələr apara, öz hesabları arasında valyuta mübadiləsi həyata keçirə, rekvizitlərini əldə edə və paylaşa bilərlər.

IBAm mobil əlavəsinin aşağıda göstərilən bir çox imkanlarından da faydalanmaq olar:

  • Kredit sifarişi;
  • Aylıq kredit borclarının ödənişi;
  • Kredit üzrə aylıq ödəniş qrafikinin nəzarətdə saxlanması;
  • Şifrənin simvol məhdudiyyəti olmadan dəyişdirilməsi;
  • Hesablar barədə məlumatın əldə edilməsi;
  • Müştərinin bankda mövcud olan bütün plastik kartlarının  növü,  statusu və balansı barədə məlumatın əldə ediməsi;
  • Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
  • Kartların bloklaşdırılması və blokdan çıxarılması;
  • “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
  • Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
  • Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
  • Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
  • Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
  • Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm mobil əlavəsinə qoşulma, eləcə də ondan istifadə tamamilə pulsuzdur.

Bankın Pərakəndə biznes departamenti direktorunun müavini Elşən Cəfərov bildirib: “İBAm mobil əlavəsində son yenilənmələr nəticəsində təklif olunan funksionallar müştərilərimizə bir sıra rahat həllər və imkanlar yaradır. Belə ki, artıq dəyərli müştərilərimiz Banka gəlmədən bir çox xidmətlər üçün digər banklara köçürmələrini rahatlıqla həyata keçirə bilər, eyni zamanda öz hesabları üzrə rekvizitləri əldə edərək ödənişləri qəbul etmək məqsədilə onu paylaşa da bilərlər.”. 

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
608

Son xəbərlər

Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22
Bütün xəbərlər