Anti-Tangle turbinli Samsung tozsoranları – dəyişməz sovurma gücü ilə daha tez təmizlik

Bir sıra məişət əşyalasının nisbətən yeni dövrdə icad olunmasına baxmayaraq, tozsoranlar həyatımızın əvəzedilməz bir hissəsinə çevrilməyə müvəffəq olub.
Beləliklə, ən vacib köməkçilərimiz siyahısına nəzər salasaq, tozsoran, sözsüz ki, birincilər sırasında olacaq. Çünki yeni mənzilə köçərkən ilk növbədə əldə edilən əşyalardan biri məhz tozsorandır. Bu məişət texnikası haqda düşündükdə ağlımıza ilk gələn məqamlar: istifadə rahatlığı və sovurma gücüdür.
Belə ki, Anti-Tangle turbinli Samsung tozsoranları müntəzəm sovurma gücünü və istismar rahatlığını təmin edir. Yüksək güc və saç topalarının filtr üzərinə dolaşmasının qarşısını alan Anti-Tangle turbini ilə təchiz olunmasını bu tozsoranların üstün cəhətlərinə aid etmək olar.
Sovurma gücünün azalması ilə müşahidə olunan təmizlik keyfiyyətinin aşağı düşməsini tozsoranla bağlı geniş yayılmış problemlərdən biri kimi qeyd etmək olar. Anti-Tangle turbini sayəsində sovurma gücü uzun müddət yüksək və dəyişməz olaraq qalır. Dəqiqədə 20 000 dövrə sürəti ilə firlanan turbin əlavə geri itələmə gücü yaradaraq hava axınını toz və tullantılardan təmizləyir. Sadə sözlə deyək, adi tozsoranlarda fırlanan ventilyator havanı və tozu özünə çəkərək zibil konteynerinə toplayır, xüsusi barmaqlıqlar isə tullantı və tükü üzərində saxlayardısa, yeni sistem hava burulğanı yaradaraq, toz və çirk hissəciklərini, geri itələyib, zibil konteynerində toplanyır. Dövrü hava axını üzərində qurulmuş iş prinsipi sayəsində daha konteyneri dəfələrlə boşaltmağa və ya ventilyatoru ilişmiş saç topalarından təmizləməyə ehtiyac qalmır. Beləliklə, sovurma gücü təmizliyin hər anında dəyişməz qalır: əvvəldən axıra kimi.
Anti-Tangle turbinli Samsung tozsoranlarında mərkəzdənqaçma qüvvəsinin sayəsində tullantıların konteynerin dibində toplandığından, onu əl ilə təmizləyə ehtiyac qalmır. Sadəcə konteyneri çıxarın, qapağını açın və zibil qutusuna əliniz dəymədən boşaldın. Bu çox asan, gigiyenik və rahatdır!
Anti-Tangle turbinli Samsung tozsoranları ilə həyatınız daha asan olacaq, təmizliyiniz isə daha effektiv və tez başa gələcək!
Anti-Tangle turbinli Samsung tozsoranları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda