Bakı-Batumi avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb

2021-ci ildə beynəlxalq standartlara cavab verən müasir Bakı-Batumi avtomobil yolu istifadəyə veriləcək.
1news.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.
O qeyd edib ki, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun genişləndirilməsi layihəsi də 2021-ci ildə başa çatacaq.
Bundan başqa, Gürcüstan Tbilisi-Azərbaycan dövlət sərhədi yolunun tikintisini başa çatdıracaq.
1news.az
726