“4S” şirkəti kənd təsərrüfatı ilə məşğul olan təşkilatlar və fermerlər üçün öz qapılarını açıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“4S” şirkəti kənd təsərrüfatı ilə məşğul olan təşkilatlar və fermerlər üçün öz qapılarını açıb – FOTO – VİDEO

10:00 - 27 / 11 / 2018
“4S” şirkəti kənd təsərrüfatı ilə məşğul olan təşkilatlar və fermerlər üçün öz qapılarını açıb – FOTO – VİDEO

Dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “CLAAS” şirkətinin rəsmi tərəfdaşı olan “4S” şirkətinin servis mərkəzi yaxın günlərdə öz qapılarını şirkətin Bakıdakı müşətriləri və tərəfdaşlarının üçün açıb.

O, kənd təsərrüfatı ilə məşğul olan təşkilatlarının və fermerlərin tələbatlarını operativ ödəməyə və yeni iş yerləri yaratmaqa öz töhfəsini verəcək.

Sahəsi 800 kv. m olan yeni Mərkəzimiz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub.

Servis mərkəzinin strukturunda, inzibati kompleksdən əlavə müştəriləri zəruri ehtiyat hissələri ilə operativ təchiz etməyə imkan verəcək geniş anbar, komfortlu gözləmə və dincəlmə zonası, servis xidməti və təmir zonası, həmçinin satış üçün nümayiş etdirilən texnikaların yerləşdiyi açıq pavilyon nəzərdə tutulub.

Müştərilərə “CLAAS” texnikasının əldə edilməsi, onunla işləmə, həmçinin diaqnostika, servis və təmirlə bağlı bütün xidmətlər təklif ediləcək. Məhsul yığımı mövsümündə servis xidməti həftədə yeddi gün fasiləsiz iş rejimində çalışacaq. Təntənəli açılış mərasimində İdarə Heyətinin üzvü cənab Bernd Lüdeviq, ixracat üzrə regional menecer cənab Vasili Zayder şəxsində “CLAAS Group” şirkətinin rəsmiləri, həmçinin şəbəkənin digər diler mərkəzlərinin rəhbərləri və menecerləri, aqrarekspertlər, şirkətin tərəfdaşları və dostları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “4S” şirkətinin rəhbəri cənab Elxan Ələkbərov bildirdi ki, qeyri neft sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən prioritet elan edilib. Azərbaycanda kənd təsərrüfatının innovasiya əsaslı inkişafına dəstək vermək üçün lazımi tədbirlər görülür. Bu xüsusda CLAAS texnologiyasının ölkəyə gətirilməsi və yerli fermerlərə təqdim olunması aqrar sahədə keyfiyyət dəyişikliklərinə səbəb olur. Artıq bir neçə ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərən CLAAS şirkətinin texnika və texnologiyaları bütün xidmətləri bir məkanda cəmləyən Mərkəzin açılışını zəruri edirdi. CLAAS şirkətinin Bakı nümayəndəliyi təkcə ölkə üçün deyil, regional müstəvidə kənd təsərrüfatı iştirakçılarına satış, məsləhət və servis xidmətləri göstərəcək.

“CLAAS Group”-un İdarə Heyətinin üzvü cənab Bernd Lüdeviq Azərbaycan bazarının təmsil etdiyi şirkət üçün hələ illər əvvəl prioritet kimi müəyyənləşdirildiyini vurğuladı.

“Yerləşdiyi geostrateji mövqe Azərbaycana regional mərkəz olmağa imkan yaradır. Fermerlərə təkcə texnikanın satışı kifayət etmir, bununla yanaşı onların bilik və bacarıqlarının artırılmasıda əsas şərtlərdəndir. Çünki məhsulumuz haqda kifayət qədər bilik olmadıqda, ondan səmərəli istifadə mümkün olmayacaq”, - deyə Bernd Lüdeviq bildirdi.

“CLAAS” şirkətinin ixracat üzrə regional meneceri cənab Vasili Zayder öz çıxışında şirkətin Bakı mərkəzinin vacibliyinə toxundu. Qeyd etdi ki, satış sonrası məsləhət xidmətlərinin təklifi Azərbaycan fermerləri üçün istehsaldan maksimal səmərə əldə etməyə imkan yaradacaq.

“CLAAS Group” və onun Azərbaycandakı servis tərəfdaşı olan “4S” şirkəti arasında Azərbaycanda kənd təsərrüfatı prinsiplərini bazadan başlayaraq innovati və qədər tədris edəcək Agro Akademiyanın yaradılması ilə bağlı protokol imzalanıb.

Daha sonra qonaqlar yeni servis Mərkəzinə baxış keçirib, anbarın və servis zonasının yüksək səviyyəli təchizatına, müştəri zonasının rahatlığına qiymət verib, burada təqdim edilmiş “CLAAS” texnikası ilə tanış olublar.

Xatırladaqki, “CLAAS” şirkəti kənd təsərrüfatı texnikasını istehsal edən qabaqcıl alman şirkətidir. “CLAAS” şirkəti müştərilərini ən qısa zaman kəsiyində ən yüksək səviyyəli servislə təmin etməyi vacib hesab edir.

Yerləşmə regionundan və ölkəsindən asılı olmayaraq, “CLAAS” şirkətinin bütün tərəfdaşları öz servis mərkəzlərində ərazi, avadanlıq və funksionallıq baxımından konsernin vahid standartına riayət etməlidirlər.  Bu tələblər həm Azərbaycandakı, həmdə digər ölkələrdəki “CLAAS” tərəfdaşları üçün eynidir.

Texnikasına zəmanətli və servis dəstəkli xidmətlə bağlı qoyula biləcək bütün məsələləri effektiv həll etməyə imkan verən zəruri təlimləri keçir. Bundan əlavə, vahid standartın tətbiqi o deməkdir ki, “CLAAS”şirkətinin bütün tərəfdaşları şirkətlə birlikdə inkişaf etməli, ən yeni məhsulları və texnologiyaları mənimsəməli və bütün dünyada fermerlər üçün əlçatan etməlidirlər.

“CLAAS” şirkətinin Azərbaycandakı rəsmi servis tərəfdaşı olan “4S” şirkəti 2017-ci ilin oktyabrında təsis edilib. Hazırda “4S” şirkəti müştərilərinə CLAAS məhsulları ilə yanaşı aqrar sahədə alman brendi olan LEMKEN və AMAZONE şirkətlərinin texnikasınıda təklif edir. Qeyd edək ki, adı çəkilən şirkətrlə aqrar sahə üçün müxtəlif təyinatlı qoşqu vasitələri istehsal edir və hal-hazırda dünya brendi hesab olunurlar.

Yeni servis xidməti Azərbaycan, Bakı şəhəri, Sabunçu dairəsi, Salyan şossesi, 14, ünvanında yerləşir. Əlaqə nömrəsi *3131.

Mərkəz haqqında daha ətraflı məlumatı www.ssss.az saytında və e-mail: [email protected] ala bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
2897

Son xəbərlər

Bütün xəbərlər