Roman Vasilenko: Azərbaycanla Qazaxıstan arasında əsas əməkdaşlıq sahəsi nəqliyyat logistikası olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Roman Vasilenko: Azərbaycanla Qazaxıstan arasında əsas əməkdaşlıq sahəsi nəqliyyat logistikası olacaq

09:46 - 26 / 11 / 2018
Roman Vasilenko: Azərbaycanla Qazaxıstan arasında əsas əməkdaşlıq sahəsi nəqliyyat logistikası olacaq

“Bu il Xəzərin hüquqi statusu haqqında konvensiya  imzalandı. Onun qüvvəyə minməsindən sonra ölkələrimiz arasında yeni hüquqi baza yaranacaq”.

1news.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko mətbuat konfransında deyib. O bildirib ki, qonşu ölkə olaraq Azərbaycanla iqtisadi əməkdaşlıq hər şeydən əvvəl Xəzər dənizi vasitəsilə həyata keçirilir:

R.Vasilenko Azərbaycanla Qazaxıstan arasında perspektivdə  əsas əməkdaşlıq sahəsinin nəqliyyat logistikası olacağını söyləyib:

“Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının əməkdaşlığı haqqında xüsusi razılaşma var. Hansı ki, bu, Qazaxıstana cənub dəhlizindən eksport imkanlarını təmin edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında perspektivdə əsas əməkdaşlıq sahəsinin nəqliyyat logistika olacağını demək mümkündür”.

P.Sultanova

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər