Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib
Noyabrın 26-da Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
Fondun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiq olunub.
Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az
504