Baş nazirdən siqaret və alkoqollu içkilərlə bağlı vacib qərar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Baş nazirdən siqaret və alkoqollu içkilərlə bağlı vacib qərar

11:52 - 27 / 11 / 2018
Baş nazirdən siqaret və alkoqollu içkilərlə bağlı vacib qərar

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edib.

1news.az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən üç litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər