Ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açıldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açıldı – FOTO – VİDEO

15:00 - 04 / 12 / 2018
Ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açıldı – FOTO – VİDEO

Dekabrın 1-də Nərgis Fondunun rəhbərliyi və Amapola Exclusive Events şirkətinin təşkilatı dəstəyi ilə ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açlışı olub.

Hər il Yeni il ərəfəsində ölkənin mərkəzi küçələrindən biri öz libasının dəyişərək əyləncə və istirahət məkanına çevrilir. Fəvvarələr meydanında təşkil olunan xeyriyyə yarmarkasından əldə olunan bütün gəlirlər müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsinə sərf olunur.

Builki konsepsiya öncəkilərdən tamamilə fərqlənir və daha yaddaqalan olması gözlənilir. Yarmarkanın bəzədilməsi təbii materialların istifadəsi ilə Skandinaviya stilində və müasir ruhda həyata keçirilib. Yarmarka iştirakçılarına Yeni il dekoru, müxtəlif hədiyyə növləri, geyimlər, əl işi olan zinət əşyaları, oyuncaqlar, qidalar və s. təklif edəcək 47 ticarət köşkü inşa edilib.

Hər tərəfdə müasir estrada motivləri il zəngin şən Yeni il mahnıları səsələnir. Oyuncaqlar, suvenirlər və qidaların müxtəlifliyi, çeşid bolluğu insanı valeh edir. Hətta sakinlərdə nəsə almaq planı olmasa belə, yarmarkaya gəlib gələcəyin kosmonavt, həkim, fiziklərinin, bir sözlə körpələrin həyatında mühüm rol oynamaqla yaxınlaşan bayrama öz tövfənizi vermək mümkündür.  

Bu il yarmarka yanvar ayının 6-na kimi davam edəcək. Yeni il yarmarkasını hamı parlaqlığına, sirli atmosferinə və ailəvi məkan olması ilə yanaşı, həm də yaxşı əməllərə dəstək olmaq üçün sevir.

Reklam hüququnda

 

Paylaş:
4443

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər