Bakıda ən çox və ən az maaş alanlar kimlərdir? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda ən çox və ən az maaş alanlar kimlərdir?

15:46 - 04 / 12 / 2018
Bakıda ən çox və ən az maaş alanlar kimlərdir?

2018-ci ilin yanvar-sentyabr aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqısının səviyyəsi 0,2 faiz artaraq 785,6 manat olub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

1news.az

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər