Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

14:48 - 06 / 12 / 2018
Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycan üzrə qalibi olan və ölkəmizi Edinburqdakı Final yarışmasında da təmsil edən tələbələri öz layihələrilə yenidən qalib olublar.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən İkinci Respublika İnnovasiya Müsabiqəsində tələbələr özlərinin “ThermoNorth” adlı startup layihələrilə birinci yerə layiq görülüblər.

Müsabiqənin əsas məqsədi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi olub. İlkin mərhələdə müsabiqədə ölkə üzrə olan gənc tədqiqatçıların 220 qabaqcıl ideyası – layihəsi təqdim olunub. Onlar arasından Final mərhələsinə cəmi 17 layihə seçilib.

BANM-ın tələbələri -  Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy və onların elmi rəhbəri, BANM-ın dosenti Əmir Rza Vəxşuri müsabiqənin Finalında  “ThermoNorth”  layihəsilə qalib gəlib və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı əldə ediblər.

Qalib komanda həmçinin UNDP (United Nations Development Program) tərəfindən keçirilən “İstanbul İnnovation Days 2018”-də Azərbaycanı, eləcə də BANM-ı təmsil ediblər.

Qeyd edək ki, tələbələr  dekabrda Tokioda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransında da həmin layihəni təqdim etmək üçün dəvət alıblar və bu münasibətlə Yaponiyaya səfər edəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
637

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər