Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib - FOTO

18:00 - 07 / 12 / 2018
Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib - FOTO

Dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib.

Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb.

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər