Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib

17:24 - 10 / 12 / 2018
Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər