Qarabağdakı separatçı rejimdə Sarkisyanın adamları "vurulur" | 1news.az | Xəbərlər
Siyasət

Qarabağdakı separatçı rejimdə Sarkisyanın adamları "vurulur"

10:43 - 13 / 12 / 2018
Qarabağdakı separatçı rejimdə Sarkisyanın adamları "vurulur"

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı qurumda ciddi “kadr” dəyişiklikləri baş verir.

1news.az xəbər verir ki, bu barədə “Hraparak" qəzeti yazıb.

Məlumata görə,  qondarma “DQR”in “müdafiə ordusunun” komandiri Levon Mnatsakanyan vəzifəsindən azad edilib.  Onun yerinə isə “baş qərargahın rəisi” Karen Abramyan təyin ediləcək.

Qəzetin yazdığına görə, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və separatçı rejimin rəhbərinin məsləhətçisi Arşavir Qaramyan da vəzifələrindən azad olunacaqlar: "Yəni, bütün bunlar Sasun Mikayelyanın bəyanatlarına cavab verən və Nikol Paşinyanın qəzəbinə  tuş gələnlərdir".

Eyni zamanda, nəşr yazır ki, Qarabağın keçmiş “baş naziri” Araik Harutyunyan indi Moskvadadır. İstisna deyil ki, erməni hakimiyyət orqanları məhz onu Bako Saakyanın varisi görür. Çünki Harutyunyan  Ermənistanın yeni hakimiyyətlərinə qarşı özünü “düzgün” aparıb.

P.Sultanova



Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər