Norveç səfirliyi bu tarixlərdə bağlı olacaq | 1news.az | Xəbərlər
Siyasət

Norveç səfirliyi bu tarixlərdə bağlı olacaq

17:20 - 19 / 12 / 2018
Norveç səfirliyi bu tarixlərdə bağlı olacaq

Norveçin Azərbaycandakı səfirliyi Milad və Yeni il bayramları ilə əlaqədar olaraq işləməyəcək.

1news.az səfirliyə istinadla xəbər verir ki, səfirlik 24, 25, 26 dekabr 2018-ci il və 1-2 yanvar 2019-cu il tarixlərində bağlı olacaq.

Eyni zamanda, səfirlik 27, 28 dekabr (saat 10:00-dan 15:45-ə kimi) və 31 dekabr tarixlərində (saat 10:00-dan-12:00-a kimi) qısa iş rejimində çalışacaq.

P.Sultanova

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər