Çin Xalq Respublikasının sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Çin Xalq Respublikasının sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

17:03 - 20 / 12 / 2018
Çin Xalq Respublikasının sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər