KTMT-nin yeni baş katibi işə nə vaxt başlayacağı barədə | 1news.az | Xəbərlər
Siyasət

KTMT-nin yeni baş katibi işə nə vaxt başlayacağı barədə

16:12 - 21 / 12 / 2018
KTMT-nin yeni baş katibi işə nə vaxt başlayacağı barədə

Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsində fəaliyyətə başlayacağı tarix barədə açıqlama verib.

1news.az RİA-Novosti-yə istinadla xəbər verir ki, yeni baş katib 2019-cu ilin əvvəlində işə başlayacağına ümid etdiyini deyib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəllərində işə başlamaq ümid edir.

"Bütün rəsmiləşdirmələr tamamlanmaq üzrədir. Hesab edirəm ki, qarşıdakı günlərdə, yaxud, gələn ilin əvvəlində bütün hüquqi rəsmiləşdirmələr başa çatacaq və yeni vəzifədə iş başlayacam", - Zas bildirib.

Qeyd edək ki, artıq  KTMT üzvü olan Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Zasın  namizədliyinə dəstək veriblər. 

P.Sultanova

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər