İlham Əliyev – qloballaşan dünyada müasir lider etalonu | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev – qloballaşan dünyada müasir lider etalonu

12:55 - 24 / 12 / 2018
İlham Əliyev – qloballaşan dünyada müasir lider etalonu

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.

“Moskva-Bakı” saytı dövlət başçımızın doğum günü münasibətilə xüsusi məqalə dərc edib. Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

“Qloballaşan dünyada müasir lider etalonu” – bu sözləri məşhur yazıçı Çingiz Aytmatov Azərbaycan prezidenti İlham Əliyev haqqında söyləyib.

... 1977-ci ildə İlham Əliyev Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olur. 15 il bu universitetdə – əvvəl əyani təhsil alaraq aspirantuya daxil olur, daha sonra isə müəllimlik edir. Dissertasiya müdafiə etdikdən sonra, tarix elmləri namizədi elmi adını alır.

Müasir lider

İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına mühüm töhfə verib. Müqavilə 1994-cü ildə imzalanıb. Burada əsas rolu ümummili lider Heydər Əliyev oynayıb. 23 il sonra, 2017-ci ilin sentyabrın 14-də Bakıda yeni “Əsrin müqaviləsi” imzalanır. Müqaviləyə əsasən, burada Azərbaycanın payı 11,6 faizdən 25 faizədək yüksəlir. Azərbaycan tərəfinin neft gəliri 75% artır.

Yüksək peşəkarlıq. Diplomatiklik qabiliyyəti. Müasir liderin əla keyfiyyətləri. Məhz bu keyfiyyətlər İlham Əliyevin siyasi karyerasında fərqləndiricilik təşkil etdi. Prezidentlik karyersının əvvəlindən başlayaraq o, neft faktorunu xalqın və müstəqil Azərbaycanın maraqlarına uyğun istifadə edib.

“Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir” – deyə İlham Əliyev söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli uzun illərdir Azərbaycan ictimaiyyətini narahat etdiyi qədər, İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının mövqeyinə görə, münaqişənin beynəxalq hüquq və prinsiplər əsasında, ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Yenilikçilik və rasionalizm

İlham Əliyev hər sahəyə yenilik və islahatlarla yanaşır. Dünyada gedən proseslərə məntiqi cəhətdən yanaşaraq vacib addımlar atır, Azərbaycanın mütərəqqi inkişafını sürətləndirir.

İlham Əliyev – uğurlu və orijinal şəxsiyyətdir. Özündə zəngin insani, zadəganlıq davranışları, rassional düşüncə tərzi, sarsılmaz vətənpərvərlik, milli mentalitet dəyələrini cəmləşdirməklə, Azərbaycanın ictimai həyatına və siyasətinə yeni nəfəs, müasirlik və intellektuallıq gətirir.

Atasının oğlu

İlham Heydər oğlu Əliyev – atası, Heydər Əliyevin layiqli oğludur. O, ümummilli liderin siyasi kursuna tamamilə yiyələnib. Atasından prinsipiallıq, intellektuallıq, ictimaiyyətə açıqlıq, tolerantlıq, səmimilik və himanizm kimi xüsusiyyətləri götürüb. Heydər Əliyev kimi, onun da qərarlılıq, enerjililik, əqli potensial və təşəbbüskarlıq kimi keyfiyyətlərə sahibdir.

Xarakter baxımından ata və oğul səmimi insanlardır. Onların səmimiliyi əsasən sıravi vətəndaşlarla ünsiyyət zamanı daha çox nəzərə çarpır. Bütün müdrik dövlət xadimləri kimi İlham Əliyev də hər kəslə ümumi dil tapmaq, sıravi vətəndaşla psixoloji baryeri aşmağı bacarır. Bu da dövlət başçısının Azərbaycan xalqının dəstək və etibarını qazanmaqda yardımçı olur.

Bütün hazirmatik liderlər kimi, İlham Əliyev də özünə qarşı tələbkardır. Sərt intizam və yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətinin ölçüsüdür.

Ailəsi

1983-cü ildə Mehriban Paşayeva İlham Əliyevin həyat yoldaşı olur. Gənclər tələbəlik illərində Moskvada tanış olur. Mehriban xanım İ.Seçenov adına Tibb Universitetinin tələbəsi idi. 1985-ci ildə onların ilk övladı  Leyla, 1989-cu ildə isə kiçik qızı Arzu dünyaya gəlir.

“1987-ci il həqiqətən də ailəmiz üçün çox ağır idi. İlham özünü itirmirdi, ailəmiz, uşaqlar çətinlik çəkməsin deyə əlindən gələni edirdi. O zamanlar çox ağır idi, bizə heç kim kömək etmirdi. İlhamın enerjisi hesabına çətinliyi hiss etmədik” – deyə Mehriban Əliyeva xatırlayır.

1997-ci ildə İlham Əliyevin atasının şərəfinə adlandırdığı oğlu Heydər dünyaya gəlir. 2017-ci ildə İlham Əliyev ölkənin Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanı təyin edir.

İlham Əliyev bütün azərbaycanlıların prezidentidir. Ana dilindən əlavə, dövlət başçısı ingilis, rus, türk və fransız dillərində də sərbəst danışır. O, öz xalqının oğlu olmaqla yanaşı, ümumi insani dəyərlərə sadiq beynəlmiləlçidir. Bu gün yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı güclü liderin varlığından fəxr edərək, prezident İlham Əliyevin dəstəyini hiss edir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1368

Son xəbərlər

Bütün xəbərlər