Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib

17:56 - 26 / 12 / 2018
Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib

Gürcüstanın Prezidenti Salome Zurabişvili doğum günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə irəliləyiş və tərəqqi əldə etmiş, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olmuşdur. İcazə verin, bir daha bildirim ki, Gürcüstan Azərbaycanla dostluq əlaqələrinin və qarşılıqlı faydalı münasibətlərin inkişafına çox böyük önəm verir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında olan uzunmüddətli dostluq və strateji tərəfdaşlıq birgə səylərimizlə ölkələrimizin ortaq maraqları naminə gələcəkdə daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə önəmli işlərinizdə daha böyük müvəffəqiyyətlər arzu edirəm”.

1news.az

Paylaş:
493

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər