Çavuşoğlundan Paşinyana cavab | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlundan Paşinyana cavab

11:10 - 26 / 12 / 2018
Çavuşoğlundan Paşinyana cavab

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ermənistanın yeni hakimiyyət orqanlarının Ankara ilə heç bir ilkin şərt olmadan münasibətlərin normallaşdırılmasına hazır olmalarına dair açıqlamaya cavab verib.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu qeyd edilən təkliflə bağlı deyib:

"Yeni rəhbərlik (Ermənistanın) bəyan edir:" Biz Türkiyə ilə ön şərtlər olmadan görüşməyə hazırıq ", lakin bizim şərtimiz aydındır. Məgər biz  Azərbaycanın həssaslığını nəzərə almadan, hər hansı addım atarıq?

Əslində, həm Türkiyə, həm də Azərbaycanla münasibətləri normallaşdırmaq, problemləri həll etmək məqsədi ilə addımlar atmaq lazımdır.

Bu, Ermənistan üçün daha məqbul olacaqdır. Qarabağ münaqişəsini, işğal edilmiş torpaqları həll etmək lazımdır ".

Çavuşoğlu əlavə edib ki, əgər Ermənistan təcrid olunmuş ölkə kimi yaşamaq istəmirsə, mövcud problemləri həll etmək lazımdır:

“Bizim üçün həssas məsələlər məlumdur. Biz Azərbaycanın verəcəyi hər hansı bir qərarı dəstəkləyəcəyik”.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu ölkədə dekabrın 9-da keçirilmiş erkən parlament seçkilərindən dərhal sonra bəyan etdi ki, Tükiyə ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. 

P.Sultanova

 

Paylaş:
900

Son xəbərlər

Bütün xəbərlər