Metroda problem yaranıb, sərnişinlər qatardan boşaldılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda problem yaranıb, sərnişinlər qatardan boşaldılıb

09:46 - 27 / 12 / 2018
Metroda problem yaranıb, sərnişinlər qatardan boşaldılıb

Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində gedən qatarda problem yaranıb.

Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə saat 08:05-də baş verib:

"Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşinist təlimata uyğun olaraq sərnişinlərdən qatarın boşaldılmasını xahiş edib və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda gecikmə yaranmayıb".

S.Xankişiyeva

 

Paylaş:
486

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər