Bəhram Bağırzadənin iki kitabının təqdimat mərasimi keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəhram Bağırzadənin iki kitabının təqdimat mərasimi keçiriləcək – FOTO

10:25 - 28 / 12 / 2018
Bəhram Bağırzadənin iki kitabının təqdimat mərasimi keçiriləcək – FOTO

Dünya azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn Yeni il ərəfəsində siz Bəhram Bağırzadə ilə ünsiyyət qurmaq üçün gözəl bir imkan əldə edə bilərsiniz.

1news.az-ın məlumatına görə, LIBRAFF kitab mağazasının Gənclik MALL-dakı filialında Bəhram Bağırzadənin iki yeni “Baku old” və “Baku new” kitabının təqdimat mərasimi keçiriləcək. Bu kitablarda keçmişə aid dəyərli fotolar və indiki zamana aid möhtəşəm yeni vizual şəkillər toplanıb.

Müəllif bütün dostlarını, oxucularını və həmfikirlərini yeni kitabların işıq üzü görməsi sevincini onunla bölüşməyə dəvət edir. Həmçinin siz Bəhram Bağırzadədən avtoqraf ala və onunla birlikdə xatirə selfisi çəkə bilərsiniz.

“Baku old” və “Baku new” dostlarınız və yaxınlarınız, həmkarlarınız, Azərbaycana iş ilə bağlı və ya istirahətə gələn və bu gözəl ölkənin kiçik bir hissəsini özüylə aparmaq istəyən qonaqlarınız üçün yaddaqalan bir hədiyyə olacaq. Onlara hər bir azərbaycanlıda olan ən yaxşı şeyi – unikal fotoqrafiyalarda həkk olunan paytaxtın tarixini hədiyyə edin!

Cümə günü, 28 dekabr. Gənclik MALL. LIBRAFF kitab mağazasının filialı. Bəhram Bağırzadə sizi 17:00-dan 20:00-a qədər gözləyəcək! İlin gözəl sonluğunu qaçırmayın!

“Baku old”/”Baku new” – bir sevginin iki kitabı.

1news.az

Paylaş:
2359

Son xəbərlər

Bütün xəbərlər